Yanacaq stansiyası avadanlıqları və sənaye həlləri.
Məhsul axtarışı

Axtardığınız məhsulu tez tapın

Tam Avtomatik Klima Qazı Doldurma və Boşaltma Cihazı EKM MAX3

EKM MAX3 avtomobil kondisioner sistemlərində qazın doldurulması, boşaldılması, vakuumlanması və servis proseslərinin avtomatik idarə olunması üçün hazırlanmış tam avtomatik klima qazı doldurma və boşaltma cihazıdır.

Servis Avadanlıqları

Tam Avtomatik Klima Qazı Doldurma və Boşaltma Cihazı EKM MAX3

EKM MAX3 avtomobil kondisioner sistemlərində qazın doldurulması, boşaldılması, vakuumlanması və servis proseslərinin avtomatik idarə olunması üçün hazırlanmış tam avtomatik klima qazı doldurma və boşaltma cihazıdır.

10” IPS sensor ekran, Wi-Fi üzərindən proqram yenilənməsi, avtomobil məlumat bazası, yüksək səmərəli qaz geri qazanımı və avtomatik sızma nəzarəti ilə peşəkar servis mərkəzləri üçün etibarlı həll təqdim edir.

Cihaz R134a və R1234yf qazları ilə ayrı-ayrılıqda işləyə bilir. Yüksək həssasiyyətli vakuum, təzyiq və temperatur sensorları sayəsində proseslər dəqiq və təhlükəsiz şəkildə idarə olunur.

Termal printer və e-poçt vasitəsilə hesabat göndərmə funksiyası servis əməliyyatlarının müştəriyə yazılı şəkildə təqdim edilməsinə imkan verir.

  • 10” IPS sensor ekran
  • Wi-Fi ilə proqram təminatının yenilənməsi
  • Türkcə proqram menyusu ilə asan istifadə
  • Hibrid avtomobillərlə uyğunluq
  • Yüksək səmərəli qaz geri qazanımı
  • Avtomobil məlumat bazası
  • R134a və R1234yf qazları ilə ayrı-ayrılıqda istifadə imkanı
  • Avtomatik tank dolu xəbərdarlığı
  • Avtomatik sızma nəzarəti
  • Yüksək həssasiyyətli vakuum, təzyiq və temperatur sensorları
  • Avtomatik hava tahliye sistemi
  • Qaz saflaşdırıcı filtr
  • Avtomatik köhnə yağ boşaltma sistemi
  • Avtomatik yeni yağ və UV yağ əlavə sistemi
  • Avtomatik qaz isitmə sistemi ilə sürətli qaz doldurma
  • 4 mərhələli yüksək təzyiq qoruma sistemi
  • Termal printer və e-poçt ilə hesabat göndərmə
  • Kompressor: 3/8 hp 12cc pistonlu
  • Vakuum pompası: 10,2 m³/saat (128 lt/dəq)
  • Alçaq təzyiq manometri: 15 bar (80 mm)
  • Yüksək təzyiq manometri: 30 bar (80 mm)
  • Elektron tərəzi həssaslığı: +/- 5 q
  • Ekran: 10” IPS sensor
  • Qaz saxlama tankı: Net 25 kg
  • Qaz çəkmə sürəti: Maks. 450 q/dəq
  • Qaz növü: R134a / R1234yf
  • Hortum uzunluğu: 300 cm
  • Qaz saflaşdırıcı filtr tutumu: 150 kg
  • İşləmə temperaturu: 8°C – 49°C
  • Ölçülər: 58 × 61 × 134 cm
  • Çəki: 114 kg
  • Paket ölçüləri: 77 × 72 × 131 cm