Yanacaq stansiyası avadanlıqları və sənaye həlləri.
Məhsul axtarışı

Axtardığınız məhsulu tez tapın

Minik avtomobili yuma sistemləri

Okyanus X1 aşağı istismar xərcləri, sərfəli qiyməti və rahat istifadəsi ilə ən çox seçilən 3 fırçalı (2 şaquli, 1 üfüqi) avtomatik avtomobil yuma sistemlərindən biridir.

Servis Avadanlıqları

Minik avtomobili yuma sistemləri

Okyanus X1 - Minik avtomobili yuma sistemi

Okyanus X1 aşağı istismar xərcləri, sərfəli qiyməti və rahat istifadəsi ilə ən çox seçilən 3 fırçalı (2 şaquli, 1 üfüqi) avtomatik avtomobil yuma sistemlərindən biridir. PLC kompüter idarəetmə sistemi sayəsində minik avtomobillərindən yüksək damlı mikroavtobus və van modellərinə qədər müxtəlif nəqliyyat vasitələrini yüksək keyfiyyətlə yuyur.

Modulyar konstruksiyası sayəsində əlavə opsional aksesuarların asan şəkildə quraşdırılması mümkündür. “Swing System” texnologiyası ilə hazırlanmış yan və üst fırçalar elektron və elektromexaniki təhlükəsizlik sistemləri ilə təchiz olunmuşdur. Bu sistem avtomobil səthində yumşaq, təhlükəsiz və nəzarətli təmas təmin edir.

“Soft Start” sistemi fırça mühərriklərinin yumşaq işə düşməsi və dayanmasını təmin edir. Müstəqil inverter sistemi isə körpü hərəkətinin sürət və yük nəzarətini təhlükəsiz şəkildə idarə edir.

Şampun və cilalama funksiyaları ilə həm yuma, həm də qurutma proseslərini həyata keçirə bilir. İstifadə olunan pnevmatik, elektron və mexaniki komponentlər yüksək keyfiyyətli beynəlxalq markalardan seçilmişdir.

 

Ümumi xüsusiyyətlər

• 3 fırçalı sistem (2 şaquli, 1 üfüqi)

• PLC kompüter idarəetmə sistemi

• İnverter idarəetməli körpü hərəkət sistemi

• Elektron təzyiq nəzarətli üfüqi fırça

• Swing sistemli şaquli fırçalar

• Soft Start yumşaq işə düşmə sistemi

• Köpük tətbiq sistemi

• Cilalama və qurutma funksiyası

• Təcili stop düyməsi

• LED nömrələndirmə sistemi

• Profil izləyən və ya sabit 3 fanlı üst qurutma sistemi

• Kabel və şlanq bağlantı dirəyi

• Su qoruyucu panellər

• Təkər istiqamətləndirmə boruları

 

Standart təchizat və təhlükəsizlik

• Paslanmayan polad, alüminium və korroziyaya davamlı materiallardan istehsal

• Elektrostatik toz boya örtüyü

• Müxtəlif yuma proqramları

• Aşağı gərginlikli elektrik avadanlıqları

• Elektrik risklərinə qarşı təhlükəsiz kabel sistemi

• Rüzgara qarşı sabitləmə sistemi

• Avtomobil sayğacı (numaratör)

• Güc nəzarət röleləri ilə elektron fırça təzyiq nəzarəti

• Fərqli avtomobil səthləri üçün həssas yuma texnologiyası